Cənubi Koreya sualtı platformalı ballistik raketin sınaqlarını keçirib

Cənubi Koreya sualtı platformalı ballistik raketin sınaqlarını keçirib

Cənubi Koreyada sualtı platformalı ballistik raketin sınaqları keçirilib.

“Poliqon”un məlumatına görə, bir çox mənbələrdə raketin sınaq buraxılışının sualtı qayıqdan deyil, batırılmış barjadan, bəzi mənbələrdə isə atış sınaqlarının “Dosan Ahn Changho” sualtı qayığından həyata keçirildiyi bildirilir.

Ancaq bunun əsas mahiyyəti dəyişdirmədiyi güman edilir. Beləliklə, Koreya Respublikası dənizlərin və okeanların dərinliklərindən ballistik raketləri buraxma qabiliyyətinə sahib olan ölkələrə yaxınlaşmaqdadır.

Yerli mətbuat sınaqları keçirilən raketi hazırda maksimal uçuş məsafəsi təxminən 300 mil olan təkmilləşdirilmiş “Hyunmoo 2B” ballistik raketi kimi təsvir edir. Sözügedən raketin modifikasiyası K-SLBM və ya Hyunmoo 4-4 kimi tanınır.

Böyük ehtimalla söyləmək olar ki, Cənubi Koreya tezliklə dünyanın sualtı qayıqdan ballistik raket buraxan azsaylı güclərinin sırasına qoşulacaq. Böyük informasiya şəbəkəsində Cənubi Koreyanın sualtı platformalı ballistik raketinin son sınaqları haqqında geniş məlumatın olmamasına baxmayaraq, onun uğurlu olduğu bilinir.

Xatırlatmaq yerinə düşər ki, hazırda dünyada yalnız səkkiz ölkədə sualtı ballistik raketlər yaratma texnologiyası mövcuddur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS