Cənubi Koreyada KF-21 “Boramae” stels təyyarəsi hazırlanıb

Cənubi Koreyada KF-21 “Boramae” stels təyyarəsi hazırlanıb

Cənubi Koreya Müdafiə Satınalmaları Proqramı İdarəsi (DAPA – Defense Acquisition Program Administration) perspektiv təyyarə haqqında rəsmi videoçarx yayımlayıb.

“Poliqon”un məlumatına görə, videoçarxın əvvəlində rəsmi təqdimatın bir hissəsi olaraq əsl prototipin çıxarılması göstərilir. Bunun ardınca isə KF-21 “Boramae” qırıcısının kompüter modelinin vizualizasiyası aparılır.

Cənubi Koreyanın “Korea Aerospace Industries” şirkəti tərəfindən “stealth” texnologiyası əsasında yaradılan 4++ nəsil KF-21 qırıcısı iki mühərriklə təchiz edilib.

Təyyarə, gövdə uzunluğu 16,9 m, eni 11,2 m və hündürlüyü 4,7 m olmaqla, F-18 qırıcısına bənzəyir. Maksimal uçuş sürəti 2200 km/saat, məsafəsi isə 2900 km-dir. Faydalı yükünün kütləsi 7,7 tondur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS