Cənubi Koreyada sualtı hücum qayığı istifadəyə verilib

Cənubi Koreyada sualtı hücum qayığı istifadəyə verilib

Cənubi Koreya Silahlı Qüvvələri KSS-III sinfinə məxsus üçüncü sualtı hücum qayığını istismara qəbul edib.

“Poliqon” xəbər verir ki, Koreyanın Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə “Hyundai Heavy Industries” (HHI) gəmiqayırma şirkəti tərəfindən inşa edilmiş qayıq “Shin Chae-ho” adlandırılıb.

Qeyd edək ki, HHI şirkəti tərəfindən Cənubi Koreya Silahlı Qüvvələrinin ehtiyacını qarşılamaq üçün KSS-III sinfinə məxsus ümumilikdə 9 ədəd sualtı qayığın inşa ediləcəyi gözlənilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS