Cənubi Koreyada təkmilləşdirilmiş 81 mm-lik minaatan sistemi istismara daxil edilib

Cənubi Koreyada təkmilləşdirilmiş 81 mm-lik minaatan sistemi istismara daxil edilib

Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı İdarəsinə (DAPA) məlumatına görə, Cənubi Koreya Ordusu (RoKA) yerli istehsal 81 mm-lik minaatan sisteminin təkmilləşdirilmiş versiyasını istismara daxil edib. Təkmilləşdirmə işlərinə 2014-cü ilin dekabrında başlanmış və 2019-cu ilin avqustunda başa çatdırılmışdır.

“Poliqon” xəbər verir ki, bu barədə “Janes” portalı məlumat yayıb.

Hazırda seriyalı istehsalda olan təkmilləşdirilmiş minaatan sisteminin orduya tədarükünə cari ilin iyun ayında başlanıb. Təkmilləşdirmə zamanı minaatanın kütləsinin 20% azaldılması, heyətin hərəkətliliyinin artırılmasına və sayının beşdən dördə qədər azaldılmasına xidmət edib.

Təkmilləşdirilmiş minaatan sistemi, hədəflərin yerini təyin etmək və minaatanın parametrlərini hesablamaq üçün lazer və GPS qlobal mövqeləmə sistemi texnologiyalarından istifadə edir ki, bununla da hədəfləri məhvetmə sürəti və dəqiqliyi artırılmışdır.

“Hyundai WIA” şirkəti tərəfindən hazırlanan sistem, minaatandan başqa digər komponentlərdən də istifadə edir. Bunlara sonrakı işarələməni və yaddasaxlamanı təmin edən, daxili məsafəölçəni və hədəf koordinatları hesablayıcısı olan rəqəmsal cihaz və “Samsung Galaxy S20 Tactical Edition” smartfonlarının hərbi modifikasiyası aiddir.

Optik cihaz vasitəsi ilə alınan məlumatlar, hədəfin yerini və minaatanın parametrlərini təsdiq edən minaatan atəş nəzarətçisinə, daha sonra isə heyətə ötürülür.

Bu yanaşma, hədəf dəyişikliyinə tez bir zamanda reaksiya verməyə və əraziyə bağlanma müddətini azaltmaq üçün tez bir zamanda minaatanı yürüş vəziyyətindən döyüş vəziyyətinə gətirməyə imkan verir.

Səmtləşmədə və topoqrafiyada kömək etmək məqsədi ilə Koreya Ordusu “Samsung Galaxy S20 Tactical Edition” smartfonlarının hərbi modifikasiyasını sifariş edib. Cihaz taktiki məlumatları real vaxtda – rabitə retranslyatoru olmadan görmək üçün nəzərdə tutulmuşdur. “Tactical Edition” cihazı “Samsung Knox”un DualDAR texnologiyasını dəstəkləyir. Bu, məlumatların qorunmasının iki səviyyəsini təmin edir. Xarici səviyyə təkmilləşdirilmiş Android FBE fayllarla şifrələmə sistemidir, daxili səviyyə isə FIPS 140-2 kriptoqrafik modulunu qoruyur.

s1 s2 s3

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS