Cənubi Koreyanın KF-21 qırıcısı bütün uçuş sınaqlarını tamamlayıb

Cənubi Koreyanın KF-21 qırıcısı bütün uçuş sınaqlarını tamamlayıb

Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən inkişaf etdirilən KF-21 “Boramae” qırıcı təyyarəsi planlaşdırılmış bütün uçuş sınaqlarını uğurla tamamlayıb.

“Poliqon” xəbər verir ki, bunu Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Agentliyi (DAPA) açıqlayıb.

Bildirilib ki, bu nailiyyət ölkənin hava qüvvələrinin gücləndirilməsi və aviasiya sənayesinin inkişafında yeni bir mərhələ olmaqla, KF-21 “Boramae”nin real səmada fəaliyyət göstərərək milli hava məkanını qoruyacağı günün artıq çox yaxın olduğunu göstərir.

KF-21 son 42 ay ərzində ümumilikdə 1600-dən çox uçuş sınağını heç bir qəza baş vermədən uğurla həyata keçirib və təxminən 13000 sınaq şərti vasitəsilə uçuş sabitliyi və performansı kompleks şəkildə təsdiqlənib.

DAPA bu ilin birinci yarısında KF-21-in sistem inkişaf mərhələsini başa çatdırmağı, ikinci yarısından etibarən isə KF-21-in seriya istehsalı təyyarələrinin Cənubi Koreya HHQ-yə təhvil verilməsini planlaşdırır.

CATEGORIES
TAGS