Çexiya Almaniyadan tank və zirehli təmir-təxliyyə maşınları alır

Çexiya Almaniyadan tank və zirehli təmir-təxliyyə maşınları alır

Almaniyanın “Rheinmetall” şirkəti Çexiya Ordusuna “Leopard 2A4” tankları və “Buffalo” zirehli təmir-təxliyyə maşını tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı hər iki ölkə və şirkət arasında müavilə imzalanıb.

Müqavilənin şərtlərinə görə, şirkət Çexiya Ordusuna zirehli texnika, sursat və ehtiyyat hissələri tədarük edəcək, həmçinin texniki xidmət dəstəyi göstərəcək.

Bildirilib ki, “Leopard 2A4” tankları və “Buffalo” zirehli təmir-təxliyyə maşınılarının ilk partiyasının 2023-cü ilin sonuna qədər Çexiya Ordusuna təhvil verilməsi planlaşdırılıb.

Qeyd edək ki, bütün bu proses Almaniya Hökumətinin “Ringtausch” avadanlıq mübadiləsi proqramı çərçivəsində həyata keçiriləcək. “Ringtausch” proqramı Almaniya hökuməti tərəfindən Rusiyanın işğalına qarşı Ukraynanı dəstəkləmək məqsədi ilə başladılıb.

Proqrama əsasən Almaniyanın qonşuları və NATO-ya daxil olan ölkələr yeni Qərb hərbi sistemlərinin əvəzində inventarlarındakı Sovet dövrünə aid hərbi texnika və avadanlıqları Ukrayna Ordusunun silahlanmasına verir.

Poliqon.az

CATEGORIES
TAGS