
Çexiya Fransadan C-295MW təyyarəsi alıb
Çexiya Müdafiə Nazirliyi Fransanın “Airbus Defence and Space” şirkəti ilə bağlanmış müqaviləyə əsasən ikinci BTA C-295MW təyyarəsini alıb.
“Poliqon” xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.
Çexiya Silahlı Qüvvələrin aviasiya parkına qəbul edilən yeni təyyarənin sınaqları keçirilib.
Yeni VTA C-295MW təyyarəsi “Pratt” və “Whitney Canada PW 127G” mühərrikləri ilə təchiz edilib. Beləliklə təyyarənin yükgötürmə qabilliyəti 900-1000 kq artırıb. Uçuş məsafəsi 10-15% artırılıb.
Təyyarə daha müasir rabitə, naviqasiya və aviasiya sistemləri, müasir uçuş planlaşdırma sistemi və peyk rabitəsi ilə təchiz olunub.
Məlumat üçün qeyd edək ki, müqavilə çərçivəsində ilk BTA C-295MW (b.n. 0481) təyyarəsi 2021-ci ilin mayında Çexiya Silahlı Qüvvələrinin təhvil verilib.
Rizvan Fikrətoğlu