Çexiya Ukraynanı silah və hərbi texnika ilə təmin edəcək
Çexiya hökuməti Rusiya ilə sərhəddə vəziyyətin gərginləşməsi fonunda Ukraynaya hərbi yardım göstərəcək.
“Poliqon” xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Jana Çernoqova bildirib.
Nazir qeyd edib ki, Ukraynaya silah və hərbi texnikanın tədarükü üçün əvvəlcə Almaniya, Avstriya və Baltikyanı ölkələrdən razılıq alınmalıdır.
Qeyd edək ki, Çexiya müdafiə sənayesinə məxsus müxtəlif silah və texnikalar uzun illərdən bəri Ukrayna Ordusunun silahlanmasında yer alır.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər