Çexiya Ukraynaya T-72M1 və BMP-1 zirehli texnikaları göndərib

Çexiya Ukraynaya T-72M1 və BMP-1 zirehli texnikaları göndərib

Çexiya Ukraynaya sovet istehsalı zirehli texnika – T-72M1 tankı və BMP-1 piyadanın döyüş maşını (PDM) göndərmək üçün eşelon tərtib edib.

“Poliqon” xəbər verir ki, Çexiyada 30 ədəd T-72M4 CZ tankı və 116 ədəd T-72M1 tankı silahlanmadadır. Ümumilikdə NATO-nun Avropa üzvlərinin 850 ədədə yaxın belə zirehli texnikası var. Bu ölkələrin əksəriyyətində T-72 tankı zirehli tank qüvvələrinin əsas vahididir.

Qeyd edək ki, Xorvatiyanın 75 ədəd T-72 tankları çoxdan istismardan çıxarılıb və anbarlarda saxlanır. Macarıstanda cəmi 30 ədəd tank silahlanmadadır, qalan 130 tank isə konservasiyadadır. Polşada isə bu sinifin ən çox zirehli texnikası var – ümumilikdə 505 ədəd.

Xatırladaq ki, SSRİ süqut etdikdən sonra Ukraynada bir neçə min ədəd BMP-1 PDM qalıb və beləliklə Ukrayna dünyanın belə texnikaların ən böyük operatorlarından birinə çevrilib.

a

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS