QuruXəbərlər

Çexiya və Polşa şirkətləri 155 mm-lik sursatların istehsalı ilə bağlı müqavilə imzalayıb

Çexiyanın CSG və Polşanın “Zakłady Metalowe Dezamet S.A.” şirkətləri 155 mm-lik artilleriya sursatlarının istehsalında istifadə olunan komponentlərin tədarükünə dair müqavilə imzalayıb.

“Poliqon” CSG-yə istinadən xəbər verir ki, sözügedən müqavilənin dəyəri 100 milyon avrodan çoxdur.

Müqavilə çərçivəsində CSG tərəfindən “Dezamet” şirkətinə pirotexniki komponentlər, həmçinin artilleriya sursatlarının detonatorlarının istehsalında istifadə olunan alt sistemlər tədarük edəcək.

Qeyd olunub ki, sifariş tərəflərin 155 mm-lik artilleriya sursatlarının istehsalı sahəsində uzun illər davam edən əməkdaşlığının nəticəsidir.

Back to top button