Çin yeni hücum helikopterinin sınaqlarını keçirir

Çin yeni hücum helikopterinin sınaqlarını keçirir

Çində yeni Z-21 hücum helikopterinin uçuş sınaqları həyata keçirilir.

“Poliqon” xəbər verir ki, bu barədə sosial şəbəkələrin Çin seqmentində fotogörüntü yayılıb.

Hərbi ekspertlər yeni Z-21 hücum helikopterinin xarici dizaynını ABŞ istehsalı olan AH-64 “Apache” ağır döyüş helikopterinə bənzədiblər. Ancaq bəzi elementlərin Çinin Z-20 helikopteri (ABŞ-ın “Sikorsky” şirkətinin istehsalı olan UH-60 “Black Hawk” helikopterinin klonu sayılır) ilə də oxşar olduğunu düşünürlər.

Qeyd edək ki, ekspertlər hazırda sınaqları keçirilən Z-21-in yaxın iki-üç il ərzində Çin Silahlı Qüvvələrinin istifadəsinə veriləcəyini və onun Z-10 helikopterini əvəzləyəcəyini proqnozlaşdırırlar.

CATEGORIES
TAGS