Çində yeni 120 mm-lik özüyeriyən minaatan hazırlanıb – FOTO

Çində yeni 120 mm-lik özüyeriyən minaatan hazırlanıb – FOTO

Çin Xalq Respublikasının silah mütəxəssisləri yeni 120 mm-lik özüyeriyən minaatan təqdim ediblər.

“Poliqon” xəbər verir ki, yerli “Chengdu Lingchuan Special Industry” şirkətinin “YouTube” kanalında təkərli şassi üzərində yerləşdirilmiş yeni minaatanının döyüş qabiliyyətini əks etdirən videoçarx paylaşılıb.

Özüyeriyən qurğu Çin inkişafı və istehsalının yeni yüksək dəqiqlikli idarə olunan minaları ilə atəş apara bilir. Yeni 120 mm-lik minaatan 6×6 təkər formuluna malik “Dongfeng Mengshi CSK131” avtomobili üzərində quraşdırılıb.

Bildirilir ki, maşın inersial naviqasiya sistemi və döyüş meydanını idarəetmə sistemi ilə təchiz edilib. Atəşə nəzarət və döyüş sursatlarının doldurulması avtomatik yerinə yetirilir. Yaradıcıların fikrincə, minaatan atəşi ilə vurulacaq hədəfin koordinatlarının hesablanaraq nişanalma prosesi 30 saniyə çəkir.

Videoçarxa və minaatan qurğusundan atılan döyüş sursatlarının görüntülərinə əsasən demək olar ki, bunlar daha ənənəvi aerodinamik idarəetmə prinsipindən çox, özünün uçuşunu idarə etmək üçün qaz-dinamik tənzimləmədən istifadə edən yeni idarə olunan minaatan atəş yığımlarıdır.

Yeni 120 mm-lik özüyeriyən minaatan ixrac üçün tədarük olunacaq.

minaatanə

120 mm-lik özüyeriyən minaatan

minaatan4

120 mm-lik idarə olunan minalar

minaatan3

120 mm-lik minaatanın doldurulması

minaatan2

120 mm-lik minaatanın doldurulması

minaatan1

120 mm-lik minaatanın tuşlanması

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS