“Çukavin” snayper tüfəngi yeni optik nişangahla təchiz olunub

“Çukavin” snayper tüfəngi yeni optik nişangahla təchiz olunub

Rusiyanın “Kalaşnikov” konserni tərəfindən istehsal edilən “Çukavin” snayper tüfəngi yeni 1P97 optik nişangahı ilə təchiz edilib.

“Poliqon” Rusiyanın “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, Novosibirsk Cihazqayırma Zavodunun təqdim etdiyi 1P97 nişangahı dövlət sınaqlarından uğurla keçib.

Yeni nişangah müasir texniki və əməliyyat xüsusiyyətlərinə malikdir. Belə ki, birinci fokus müstəvisində yerləşən H59 tipli nişangah müasir şəkildə dizayn edilib. Eyni zamanda optik komponentlər çox qatlı antirefleks örtüyü ilə seçilir.

Mütəxəssislər qeyd edirlər ki, Novosibirsk Cihazqayırma Zavodunun yeni nişangahı daha yaxşı erqonomikaya, yüksək zuma, yüngül çəkiyə və zəngin təchizat dəstinə malikdir.

CATEGORIES
TAGS