CV90 PDM-ləri İsrailin “Iron First” sistemləri ilə təchiz olunacaq

CV90 PDM-ləri İsrailin “Iron First” sistemləri ilə təchiz olunacaq

“BAE Systems Hägglunds” şirkətinin avropalı müştərinin sifarişi əsasında istehsal etdiyi CV90 piyada döyüş maşınları (PDM) İsrailin “Elbit Systems” şirkəti tərəfindən hazırlanan “Iron First” aktiv mühafizə sistemləri (APS – Active Protection System) ilə təchiz olunacaq.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün iki şirkət  arasında 109 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Iron First” aktiv mühafizə sisteminin istehsalı və tədarükü ilə bağlı bütün işlər üç il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, “BAE Systems Hägglunds”, Böyük Britaniyanın “BAE Systems” şirkətinin İsveçdə fəaliyyət göstərən törəməsi və CV90 PDM-lərinin əsas istehsalçısıdır.

CATEGORIES
TAGS