“Damen” və “Thales” Almaniya üçün gələcəyin freqatını inşa edəcək

“Damen” və “Thales” Almaniya üçün gələcəyin freqatını inşa edəcək

“Damen Schelde Naval Shipbuilding” (Hərbi Gəmiqayırma) və “Thales” şirkətləri Almaniya Hərbi-Dəniz Qüvvələri üçün dörd ədəd MKS180 sinif freqat inşa edəcək.

“Poliqon”un məlumatına görə, gəmilər “Damen” şirkəti tərəfindən dizayn ediləcək və “Damen”in layihə rəhbərliyi altında tamamilə Almaniyanın gəmiqayırma zavodları tərəfindən inşa olunacaq.

“Thales” şirkəti MKS180 sinif freqatlarını hərbi əməliyyat və döyüş idarəetmə sistemləri ilə tam təchiz edəcək. 1,5 milyard avro dəyərində olan müqavilə “Thales”in Hengelo (Hollandiya), Kiel və Wilhelmshaven (Almaniya) şəhərlərindəki Hərbi Dənizçilik Təlim və Təkmilləşdirmə Mərkəzləri tərəfindən xeyli sayda Almaniya subpodratçısı ilə birlikdə icra ediləcəkdir.

“Thales” Qrupunun hərbi əməliyyat və döyüş sisteminə müasir TACTICOS Döyüş İdarəetmə Sistemi və AWWS dəniz döyüş sisteminin atəşin idarə olunması klasteri daxildir. Müqavilədə dörd gəmi sistemi, loqistika xidmətləri və çoxsaylı quruda sınaq və təlim sahələri, həmçinin bir və ya iki əlavə gəmi üçün seçim yer alır.

AWWS taktiki mühitin davamlı olaraq təhlili və optimallaşdırması və resursların işə salınması ilə gəmi heyətinin kompleks doyma hücumlarına qarşı durması və onları təsirsiz hala gətirməsini təmin edən qabaqcıl döyüş idarəetmə dəstidir. AWWS “Thales”in sübut edilmiş çoxfunksiyalı AESA radarının inkişaf etmiş versiyası olan APAR Bl2 ilə birləşdiriləcək.

MKS180 sinifinin ilk gəmisi 2028-ci ildə istismara veriləcək. Proqramın tam müddəti on ildən çoxdur.

 

CATEGORIES
TAGS