Danimarka Ukraynaya zirehli transportyorlar və minaatanlarını verəcək

Danimarka Ukraynaya zirehli transportyorlar və minaatanlarını verəcək

Danimarka Ukrayna Silahlı Qüvvələrinə təkərli MOWAG “Piranha III” zirehli transportyorlarını verəcək.

“Poliqon”un məlumatına görə, Ukrayna Silahlı Qüvvələri 8×8 təkər formullu 25 ədəd belə maşın alacaq.

Hazırda müxtəlif modifikasiyada təkərli MOWAG “Piranha III” zirehli transportyorları 23 ölkənin silahlı qüvvələri tərəfindən istifadə olunur.

Eləcə də Danimarkanın Ukraynaya göndərəcəyi tırtıllı M113 G3 DK zirehli transportyorlarının sayı da məlum olub. Belə ki, Ukraynaya 50 ədəd M113 G3 DK zirehli transportyorunun ötürülməsi planlaşdırılıb. Avadanlıqlar 90 milyon ABŞ dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi təhvil veriləcək. Tırtıllı M113 (“Armored Personnel Carrier M113”) zirehli transportyoru müxtəlif modifikasiyalarda 58 ölkənin silahlı qüvvələrinin silahlanmasındadır.

Bunlardan başqa, Danimarka Ukraynaya 120 mm-lik M10 (K6V1) ağır minaatanları və onlar üçün min dəst döyüş sursatı verəcək.

1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS