DASAL “Karqo-150” PUA-nın ilk sınaq uçuşunu keçirib

DASAL “Karqo-150” PUA-nın ilk sınaq uçuşunu keçirib

Türkiyənin ASELSAN və ALTINAY şirkətlərinin “DASAL Havacılık Teknolojileri” törəmə şirkəti tərəfindən hazırlanmış “Karqo-150” pilotsuz uçuş aparatının (PUA) “Teknofest-2021” festivalında ilk sınaq uçuşu keçirilib.

DASAL şirkətindən “Poliqon”a verilən məlumata görə, Türkiyə mühəndisləri tərəfindən tamamilə yerli və milli imkanlar hesabına dizayn edilən “Karqo-150” PUA qabaqcıl texnologiya və üstün xüsusiyyətləri ilə çox əhəmiyyətli və kritik ehtiyacları qarşılaya biləcək.

“Karqo-150” PUA xüsusilə ucqar bölgələrdə yerləşən və çatdırılması çətin olan hərbi məntəqələrə müxtəlif gündəlik qida ehtiyacları, hərbiçilərin döyüş sursatlarını və digər ehtiyacları təhlükəsiz, sürətli və səmərəli şəkildə çatdırılması kimi vəzifələri yerinə yetirəcək.

PUA-nın yükdaşıma qabiliyyəti 150 kq, uçuş sürəti 100 km/saat, əməliyyat radiusu 40 km-dir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS