Daxili Qoşunlar ekoloji terrora qarşı dinc aksiya iştirakçılarının təhlükəsizliyini yüksək peşəkarlıqla təmin edir

Daxili Qoşunlar ekoloji terrora qarşı dinc aksiya iştirakçılarının təhlükəsizliyini yüksək peşəkarlıqla təmin edir

Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan şəhər və rayonlarımızda polis əməkdaşları ilə birgə ayıq-sayıq xidmət aparan Daxili Qoşunların hərbi qulluqçuları qanunvericiliklə onlara həvalə edilən vəzifələri peşəkarlıqla yerinə yetirir, təhlükəsizliyin təmin olunmasına öz layiqli töfhələrini verirlər.

Bu barədə “Poliqon”a Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

“Məlum olduğu kimi, son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təbii sərvətlərimizin talanmasına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına, eləcə də Qarabağ iqtisadi rayonunda ekoloji terrora etiraz olaraq ekofəallar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri Laçın-Xankəndi yolunun bir hissəsində dinc aksiya keçirirlər.

Aksiya iştirakçılarının təhlükəsizliyi Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təmin olunur. Təhlükəsizliyin təmin olunması üzrə təşkil edilən xidmət aksiya iştirakçıları tərəfindən minnətdarlıqla qarşılanır. Fəallar tərəfindən aksiyada DİN-in hərbi qulluqçularının və polis əməkdaşlarının ünvanına alqışlarla səsləndirilən şüarlar ictimai rəğbətin, habelə onların fəaliyyətinin müsbət qiymətləndirilməsinin təzahürüdür”, – deyə Daxili Qoşunların məlumatında bildirilib.

Poliqon.az

CATEGORIES
TAGS