
“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilər yola salınıb
“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata əsasən, Azərbaycanı müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Tank Biatlonu” (Rusiya), “Artilleriya Atəşinin Ustaları” (Qazaxıstan), “Dəniz Kuboku” (İran) və “Mədəniyyət Ordusu” (Rusiya) müsabiqələrində iştirak edəcəkdir.
CATEGORIES Xəbərlər