“Dəniz kuboku”nda Azərbaycan üçüncü yerdə qərarlaşıb

“Dəniz kuboku”nda Azərbaycan üçüncü yerdə qərarlaşıb

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsi başa çatıb.

“Poliqon” xəbər verir ki, avqustun 3-də İranın Ənzəli şəhərində müsabiqənin bağlanış mərasimi keçirilib.

Tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycanın İrandakı hərbi attaşesi polkovnik Elvin Qasımov, o cümlədən digər ölkələrin hərbi attaşeləri, hakimlər komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Müsabiqənin üç mərhələsi üzrə yekun nəticələrinə əsasən İran komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan və Qazaxıstan komandaları isə üçüncü yerdə qərarlaşıb.

b125e2be241d704a586a5b13cfcbd233

Poliqon.az

CATEGORIES
TAGS