DIMDEX-2022: HAVELSAN-ın BARKAN və BAHA avtonom sistemləri maraqla qarşılanıb

DIMDEX-2022: HAVELSAN-ın BARKAN və BAHA avtonom sistemləri maraqla qarşılanıb

Türkiyənin HAVELSAN şirkəti 21-23 mart tarixlərində Qətərin paytaxtı Dohada keçirilən DIMDEX-2022 müdafiə sənayesi sərgisində BARKAN avtonom döyüş robotunu və BAHA buludaltı avtonom pilotsuz uçuş aparatını (PUA) nümayiş etdirib.

Bu barədə “Poliqon”a HAVELSAN şirkətindən məlumat verilib.

Sərgi çərçivəsində HAVELSAN stendini ziyarət edənlər BARKAN döyüş robotu və BAHA PUA ilə yaxından maraqlanıblar.

Bildirilib ki, müasir döyüş sahəsinin ehtiyaclarına uyğun olaraq HAVELSAN Türkiyənin ilk orta sinif BARKAN avtonom döyüş robotunu dizayn və istehsal edib. BARKAN robotu bir çox sahədə, xüsusilə əməliyyatın müvəffəqiyyətinin artırılmasında, itkilərin qarşısının alınmasında və əməliyyat xərclərinin azaldılmasında sahə personalı üçün əsas vasitədir.

BARKAN üstün avtonom xüsusiyyətləri və müxtəlif faydalı yüklərin birləşdirilə biləcəyi modul dizaynı sayəsində çoxməqsədli missiyalarda istifadə edilə bilər. O, yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi və silahlı kəşfiyyat kimi vəzifələr üçün nəzərdə tutulub.

Şirkət mütəxəssislərinin sözlərinə görə, gələcəyin əməliyyat sahələrində uzaqdan idarəetmə və avtonom tapşırıq imkanları ilə BARKAN hərbi bölmələrin yaxın köməkçisi olacaq.

HAVELSAN tərəfindən müasir orduların ehtiyaclarına uyğun hazırlanan BAHA (Bulut Altı İnsansız Hava Aracı) tam avtonom missiya qabiliyyəti, şaquli enmə və qalxma xüsusiyyətlərinə sahib olan, fərqli faydalı yüklərin inteqrasiyasına imkan verən modul arxitekturası və daha bir çox üstün xüsusiyyətləri ilə bütün pilotsuz sistemlərlə birgə əməliyyatlar həyata keçirə bilən buludaltı avtonom aviasiya vasitəsidir.

Sabit qanadlı BAHA PUA şaquli uçuşda və enişdə elektrik mühərriklərindən, üfüqi uçuş üçün elektrik/benzin mühərrikindən istifadə edir.

barkan barkan 2 pakistan heyeti qatar heyeti

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS