Dövlət Sərhəd Xidmətinin matrosu intihar edib

Dövlət Sərhəd Xidmətinin matrosu intihar edib

Yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇDX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün DSX-nin Hərbi Hospitalına gətirilib.

Bu barədə “Poliqon” Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxmış və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Poliqon.az

CATEGORIES
TAGS