
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər sərhəd pozucusu saxlanılıb.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, may ayının 7-də DSX Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



