Dövlət Xidməti Şuşada vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 23 oktyabr 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Şuşa şəhərində Şuşa, Xankəndi, Xocalı və Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 15 oktyabr 2026-cı il tarixədək rəsmi elektron poçt ünvanına ([email protected]) və ya “mygov” portalı vasitəsilə müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.





