DSX ANAMA-nın əməkdaşlarına medallar təqdim edib

DSX ANAMA-nın əməkdaşlarına medallar təqdim edib

Fevral ayının 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında keçirilmiş tədbirdə Zəngilan və Qubadlı rayonları ərazisində sərhəd müdafiə və mühafizə bölmələrinin xidməti ərazisinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində fəal iştirak etdiklərinə görə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bir qrup əməkdaşına “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medallar təqdim edilib.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbir zamanı DSX və ANAMA arasında faydalı əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə olunub, agentliyin əməkdaşlarına çətin və şərəfli fəaliyyətlərində uğurlar arzu edilib.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması işləri davam etdirilir. Bu tədbirlər çərçivəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə sərhədboyu ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, mühəndis təminatı fəaliyyətləri xüsusi əhəmiyyət kəsb edir.  

dsx1 1 dsx2 1 dsx3 1 dsx4 1

Poliqon.az

CATEGORIES
TAGS