DSX Azərbaycan ərazisinə narkotik vasitələrin keçirilməsinin qarşısını alıb
Aprel ayının 19-da saat 00:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 690 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
CATEGORIES SƏRHƏD