
DSX Ermənistandan Azərbaycana keçmək istəyən şəxsi saxlayıb
Sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.