DSX narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alıb

DSX narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

CATEGORIES