DSX-nin Akademiyasına qəbul elan edilib

DSX-nin Akademiyasına qəbul elan edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaqdır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, nami­zədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • ərizə;
  • anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
  • tərcümeyi-hal;
  • özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
  • attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti  və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
  • orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti;
  • yaşayış yerindən arayış;
  • doğum haqqında şəhadətnamənin surəti;
  • valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;
  • (dörd)ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3×4 sm ölçüdə).

DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

            Hərbi xidmətdə olmayanlar üçün –

  • 2022-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

           Hərbi xidmətdə olanlar üçün –

  • DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər DSX-nin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya DSX-nin yaxın­lıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələ­rinə təqdim edilməlidir.

Əlaqə nömrələri:  012–372–16–20 / 012-493-62-47

Sənədlər 2022-ci ilin mart ayının 30-dək qəbul ediləcəkdir.

Poliqon.az

CATEGORIES
TAGS