DSX-nin hərbçisi təlim zamanı aldığı qəlpə yarasından həlak olub

DSX-nin hərbçisi təlim zamanı aldığı qəlpə yarasından həlak olub

Noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən aldığı qəlpə yarasından həlak olub.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə ilə əlaqədar DSX və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

Poliqon.az

CATEGORIES
TAGS