DSX-nin hərbi hissəsində gənc əsgərlər and içiblər – FOTO

DSX-nin hərbi hissəsində gənc əsgərlər and içiblər – FOTO

Fevral 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoq­ramı şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olduqları günün Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində ölkənin ərazi bütöv­lüyünün bərpa olunmasından sonra sərhəd mühafizəsi tarixinin şanlı döv­rünə təsa­düf etdiyini vurğulayıblar.     

Hazırda işğaldan azad olunmuş ərazilərdə dövlət sər­həd­lərinin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqa­mə­tin­də işlərin sürətlə davam etdirildiyi, işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüşmüş sərhədçilərin bu torpaqlarda dövlət sərhədlərinin toxunul­mazlığını, milli maraqların müdafiəsini ən yüksək səviyyədə təmin etdikləri bildirilib.   

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­ləri şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiy­yətlər arzulan­ıb.

Karantin və sosial məsafə qaydalarına əməl edilməklə təşkil olunan mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

1 11 2 12 3 12 4 11 5 10 6 8 7 9 8 9 9 8

Poliqon.az

CATEGORIES
TAGS