MüdafiəVideo

DSX-nin ilk qadın pilotunun xatirəsinə həsr olunmuş videorolik hazırlanıb – VİDEO

Dövlət Sərhəd Xidməti (DSX) ilk sərhədçi qadın pilot Dilarə Babayevanın xatirəsinə həsr olunmuş video rolik hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, mərhum pilotun xidmətini əks etdirən videorolik DSX-nin “Youtube” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, DSX-nin Aviasiya Dəstəsinin ilk qadın pilotu olan D. Babayeva xidmət dövründə DSX rəhbərliyi tərəfindən təltif olunub. O, Mi-17 helikopterini idarə edib.

Baş leytenant D.Babayeva 2016-cı ilin avqust ayında dünyasını dəyişib.

“AzeriDefence” həmin videonu təqdim edir.

 

Back to top button