DSX-nin rəhbər vəzifəli şəxsləri İkinci Fəxri xiyabanda şəhidlərin məzarlarını ziyarət edib
Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində və antiterror tədbirləri zamanı şəhid olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, DSX-nin rəhbər vəzifəli şəxsləri tərəfindən İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət edilib.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad olunub, məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb.