
DSX-nin Xüsusi Məktəbində məzunların buraxılışına həsr edilmiş tədbir kеçirilib
İyun ayının 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində 2021/2022-citədris ilinin başa çatması ilə əlaqədar məzunların buraxılışına həsr edilmiş təntənəli tədbir kеçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Dövlət Himninin səsləndirilməsi və torpaqların işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər məktəbin müəllim və kursant kollektivini, onların valideynlərini təbrik edərək Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını qeyd ediblər.
DSX Xüsusi Məktəbinin yaradılmasında, formalaşdırılmasında və onun zəruri tədris bazası ilə təchiz olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mеhriban xanım Əliyеvanın və Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanıb.
Fəaliyyət göstərdiyi qısa müddət ərzində DSX-nin Xüsusi Məktəbi ölkədə çox böyük nüfuz qazanıb. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş və ən yüksək standartlara cavab verən tədris korpusunun 2018-ci ilin mart ayının 5-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaradıb.
Məktəbdə yüksək ixtisaslı pedaqoji kollektivin yaradıldığı, təlim və tədrisin müasir tələblər səviyyəsində qurulması üçün qabaqcıl metodların bacarıqla tətbiq edildiyi, hər il məktəbi bitirən kursantların əksəriyyətinin uyğurla imtahan verərək DSX-nin Akademiyasına qəbul olunduğu məmnunluq hissi ilə qeyd olunub.
Mərasimdə 2022-ci ildə DSX Xüsusi Məktəbini bitirən kursantlara döş nişanları təqdim olunduqdan sonra məzunların xatirəsini əks etdirən adlı siyahı Xüsusi Məktəbinin “məzun simvolu” olan rəmzi nar ağacına sancılıb.