DSX-nin Xüsusi Məktəbinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib

DSX-nin Xüsusi Məktəbinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib

Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş mərasimdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çat­dırılmış, hazırkı mərasimin Azərbaycanın tarixi Zəfərinin ildönümü döv­rünə təsadüf etməsi ilə əlamətdar olması vurğulanıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən mühari­bə­sində Azərbaycanın Ermənistan üzərin­də parlaq qə­lə­­bə qazandığı, üçrəngli bayrağın sərhədlərin boyunca dalğalan­dırıl­dığı, DSX-nin qarşısında Prezident tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhəd­çilərin qəhrəmanlıq və igidlik nümu­nələri göstərdikləri qeyd olunub.

Fəaliyyət göstərdiyi 10 il müddətində DSX-nin Xüsusi Məktəbinə qəbul üçün müraciət sayının ilbəil artmasının tədris müəssisəsinin uğurlu fəa­liyyətinin, yeniyet­mələrdə sərhəd mühafi­zəsi sa­həsində hərbi təhsilə ma­rağın bariz göstəricisi olduğu qeyd edilmiş, Xüsusi Məktəbdə təhsil alan hər bir kursantın gələcəyin peşəkar zabiti, Vətənə layiqli övlad olacaqlarına əminlik ifadə edilmiş, onlara dərslərində yeni-yeni müvəffəqiyyətlər arzulanıb.

Mərasim zamanı tədrisdə göstərdikləri yüksək nəticələrə görə məktəbin pedoqoji heyəti və kursantları təltifləndirilib.

Poliqon.az

CATEGORIES
TAGS