DSX rəhbərliyi şəhid ailələrini ziyarət edib

DSX rəhbərliyi şəhid ailələrini ziyarət edib

“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti şəhid ailələrini ziyarət edib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, şəhid analarına və xanımlarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb, əlamətdar gün münasibətilə xatirə plaketi, gül dəstələri və ailə üzvələrinə bayram hədiyyələri təqdim edilib.

Keçirilmiş tədbirlərdə ölkənin ərazi bütövlüyünün təmin olunması, müqəddəs Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinin və müharibə əlillərinin sosial təminatı məsələləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olması xüsusi vurğulanıb.

Torpaqların erməni işğalından azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan sərhədçilərinin döyüş yolu və qəhrəmanlıqları haqqında danışılıb, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin müqəddəs vəzifəsi olduğu, qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olacağı bir daha qeyd edilib.

Vətənin azadlığı uğrunda və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş sərhədçilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib, ailələrinin ziyarət edilməsinin dövlətin şəhidlərə olan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.

Poliqon.az

CATEGORIES
TAGS