
DSX rəisi helikopter qəzasında həlak olmuş baş leytenant Nağıyev Fəridin məzarını ziyarət edib
Dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş baş leytenant Nağıyev Fərid Təyyar oğlunun məzarını ziyarət ediblər.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə məlumat verilib.
Ailəsinin arzusu ilə Beyləqan rayonunda dəfn edilmiş hərbi qulluqçunun əziz xatirəsi ehtiramla yad edilib, məzarına gül dəstələri qoyulub.
Bildirilib ki, sonra hərbi qulluqçunun ailəsinə baş çəkilib və baş sağlığı verilib.
CATEGORIES Xəbərlər