DSX rəisi helikopter qəzasında həlak olmuş hərbçilərin məzarını ziyarət edib

DSX rəisi helikopter qəzasında həlak olmuş hərbçilərin məzarını ziyarət edib

Dekabrın 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların  xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn edilib.

Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş