DSX rəisi Qubadlıda xidməti müşavirə keçirib

DSX rəisi Qubadlıda xidməti müşavirə keçirib

Dövlət Sərhəd Xidmə­tinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirib.

“Poliqon”un Dövlət Sərhəd Xidmə­tinin mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırıq­ların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən təd­birlər haqqında və­zifəli şəxs­lərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi isti­qamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Daha sonra, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılıb, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüşül­üb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış keçirilib.

Poliqon.az

CATEGORIES
TAGS