DSX tərəfindən “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

DSX tərəfindən “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

İyun ayının 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib.

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin nümayəndələrinin qatıldığı mərasimdə çıxış edənlər belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlı­ğının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların sərhədçi peşəsinə maraqlarının artırılması və hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu qeyd ediblər.

Respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci mərhələləri yekunlaşıb, gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Mingəçevir şəhərindən “Qartal”, Lənkəran şəhərindən “Liman”, Neftçala şəhərindən “Sərhədçi”, İmişli rayonundan “Turan”, Cəlilabad rayonundan “Ləkin”, Ağstafa rayonundan “Zirvə”, Şəmkir rayonundan “Çaparlı-2”, Qusar rayonundan “Zeyxur”, Qax rayonundan “Zəfər” və “Zəngər” olmaqla, ümumilikdə 10 komanda vəsiqə qazanıb.

DSX-nin “Lənkəran” sərhəd dəstəsində davam edən oyunların final mərhələsi iyun ayının 10-dək davam edəcəkdir.

Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.

d1 1 d2 1 d3 1 d4 1 d5 d6 d7

Poliqon.az

CATEGORIES
TAGS