
DSX Xəzər dənizində köməksiz qalan iki nəfəri xilas edib
Noyabr ayının 20-də saat 12:05 radələrində Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb və faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
Noyabr ayının 21-də axşam saatlarında DSX-nin Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalıb.
Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində qayığın koordinatları müəyyənləşdirilib, əraziyə göndərilmiş sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunub.
Qeyd edək ki, DSX tərəfindən Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə tədbirləri davam etdirilir.