DSX Xəzər dənizində xilasetmə əməliyyatı keçirib

DSX Xəzər dənizində xilasetmə əməliyyatı keçirib

Sentyabrın 25-də saat 05:25 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalmış qayığın 3 nəfər heyəti xilas edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahil­dən təx­minən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkar­lan­­ıb.

Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilmiş, qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilib.

Poliqon.az

CATEGORIES
TAGS