DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

Bu barədə “Poliqon” Dövlət Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yürüş iştirakçıları tərəfindən Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində düşərgə salınıb, sonrakı mərhələdə isə sərt relyef və iqlim şəraitinə baxmayaraq, iştirakçılar bütün maneələri dəf edərək tam heyətdə, müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda “Heydər zirvəsi”nə çıxıblar. Ümummilli Liderin barelyefi önündə onun xatirəsini ehtiramla yad edən heyət “Heydər zirvəsi”ndə Azərbaycanın Dövlət Bayrağını ucaldıb, DTX-nin adını və emblemini əks etdirən lövhə və plakatları yerləşdirib.

6090f5e4d2bb6 hz9c0 Avv8RvD2k

Poliqon.az

CATEGORIES
TAGS