
DTX: İran xüsusi xidmət orqanları Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir
İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir.
“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda danışıb.
General-leytenant Ceyhun Şadlinski bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.