DTX-nin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş təşkil edib

DTX-nin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş təşkil edib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.

Bu barədə “Poliqon” Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən məlumat verib.

Yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam heyətdə müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə qalxıblar.

Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən DTX heyəti orada Azərbaycan Dövlət Bayrağını ucaldıbdır.

1 9 2 9 3 6 4 6

Poliqon.az

CATEGORIES
TAGS