
DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar – VİDEO
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
DTX-nin Mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.




