DTX rəisi: Azərbaycanda yeni təhlükəsizlik sistemi formalaşdırılıb

DTX rəisi: Azərbaycanda yeni təhlükəsizlik sistemi formalaşdırılıb

Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sistemi formalaşdırılıb.

“Poliqon”un məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe Zafarana ilə görüşündə deyib.

General-polkovnik Əli Nağıyev beynəlxalq müstəvidə Azərbaycan və İtaliyanın daim bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

DTX rəisi transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS