DTX rəisi Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq etdi

DTX rəisi Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib.

“Poliqon” xəbər verir ki, bu barədə general-polkovnik Əli Nağıyev DTX-nin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

DTX rəisi çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda Azərbaycanda sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi bu istiqamətdə daim ayıq-sayıqlığın qorunub saxlanıldığını, regionda cərəyan edən hadisələrin dövlətin təhlükəsizliyinə təsiri baxımından diqqətlə izlənildiyini bildirib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müzəffər sərkərdəliyi ilə Vətən müharibəsində əldə edilən zəfərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan qətiyyətli addımların, dövlətin başçısının sülh çağırışlarının müqabilində Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe, danışıqların ruhuna xələl gətirən əsassız iddia və bəyanatları təəssüf doğurur, bölgənin gələcək təhlükəsizliyinə təsir edə biləcək amil kimi dəyərləndirilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaqdır.

Bütün bunlar nəzərə alınaraq xüsusilə vurğulanıb ki, Akademiyada təhsilini başa vurduqdan sonra DTX-də fəaliyyətə başlayan gənc əməkdaşlar dövlətçiliyin və müstəqilliyin keşiyində hər zaman sərvaxt durmalı, vəzifə borclarını vicdanla və layiqli şəkildə yerinə yetirməli, Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarının qarşısında qoyduğu tapşırıqların icrası yönümündə əzmlə çalışmalıdırlar.

Poliqon.az

CATEGORIES
TAGS