“Dubai Airshow-2023”: “Rosoboroneksport” pilotlar üçün özünümüdafiə dəsti təqdim edəcək

“Dubai Airshow-2023”: “Rosoboroneksport” pilotlar üçün özünümüdafiə dəsti təqdim edəcək

Rusiyanın “Rosoboroneksport” (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) şirkəti “Dubai Airshow-2023” aviasiya sərgisində pilotlar üçün həyati dəstək və özünümüdafiə avadanlıqları dəstini təqdim edəcək.

“Poliqon” “Rosoboroneksport”a istinadən xəbər verir ki, bu məhsul təcili enişdən sonra təyyarə və helikopterlərdən sağ çıxan uçuş heyətləri üçün nəzərdə tutulub.

Bildirilib ki, sözügedən dəst “Rosoboroneksport” mütəxəssisləri tərəfindən Rusiya Aerokosmik Qüvvələrinin pilotları, habelə xüsusi avadanlıq istehsalçıları ilə birgə real döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında tərtib olunub.

“Rosoboroneksport”un xarici bazarda pilotlar üçün təqdim etdiyi həyati dəstək və özünümüdafiə avadanlıqları dəsti tematik olaraq 4 hissəyə bölünür:

  • Funksional geyim forması
  • Fərdi mühafizə və sağ qalma vasitələri
  • Rabitə və müşahidə avadanlığı
  • Özünümüdafiə vasitələri

Funksional geyim forması qrupuna döyüş şalvarı, köynək və ayaqqabı daxildir. İstənilən iqlim və hava şəraiti üçün təklif olunan geyim variantı +50 ilə -50C° temperatur diapazonu üçün nəzərdə tutulub.

Fərdi mühafizə və sağ qalma vasitələri qrupunda fərdi zireh, modernləşdirilmiş ZŞ-7 kaskı, ilk yardım dəsti, qablaşdırılmış yeməklər, bıçaq və digər avadanlıqlar yer alır. Fərdi zirehdə keramika və SVMPE olmaqla iki fərqli zirehli lövhə seçimi mövcuddur.

Rabitə və müşahidə avadanlığı qrupuna R-187 “Azart” ailəsinin qulaqcıqlı radiostansiyası, PN-21K gecəgörmə cihazı və helikopter pilotları üçün nəzərdə tutulmuş QEO-ONV1-01M gecəgörmə eynəyi daxildir.

Özünümüdafiə vasitələri qrupunda “Rosoboroneksport” müştərilərə Rusiya Aerokosmik Qüvvələrinin mütəxəssislərinin tövsiyələrini də nəzərə alaraq 5.56 mm-lik qısaldılmış AK-19 avtomatını və ya PKU-2 nişangahlı 9 mm-lik PPK-20 tapança-pulemyotunu, eləcə də 9 mm-lik Lebedev tapançasını təklif edir.

CATEGORIES
TAGS