Dubayda nümayiş uçuşu edən Hindistanın “Tejas” qırıcısı qəzaya uğradı – VİDEO

Dubayda nümayiş uçuşu edən Hindistanın “Tejas” qırıcısı qəzaya uğradı – VİDEO

“Dubai Airshow 2025” aviasiya sərgisi və şousunda nümayiş uçuşu həyata keçirən Hindistanın “Tejas” yüngül döyüş təyyarəsi (LCA Mk-1) qəzaya uğrayıb.

“Poliqon” xəbər verir ki, çətin pilotaj manevrləri edən zaman yerə çırpılan “Tejas” qırıcısı dərhal alovlanıb və hadisə nəticəsində Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotu həlak olub.

“Bu gün “Dubai Airshow”da hava nümayişi zamanı Hindistan HHQ-yə məxsus “Tejas” təyyarəsi qəzaya uğrayıb. Pilot qəzada həyatını itirib. Hindistan HHQ insan itkisinə görə dərin kədərləndiyini bildirir və bu ağır günlərdə mərhumun ailəsinin yanında olduğunu vurğulayır. Qəzanın səbəbini müəyyən etmək üçün istintaq komissiyası yaradılır”, – deyə Hindistan HHQ-nin qəzadan sonra yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, bu qəza Hindistan HHQ-nin “Tejas” təyyarəsinin təkmilləşdirilmiş versiyası olan LCA Mk-1A-nın qəbuluna hazırlaşdığı bir dövrə təsadüf edir.

CATEGORIES
TAGS